...

67 qoyun sürücünün ehtiyatsızlığının güdazına getdi

Hadisə Materials 29 Oktyabr 2013 10:23 (UTC +04:00)
Sürücünün ehtiyyatsızlığı 67 qoyunun tələf olması ilə nəticələnib.
67 qoyun sürücünün ehtiyatsızlığının güdazına getdi

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Sürücünün ehtiyyatsızlığı 67 qoyunun tələf olması ilə nəticələnib.

Trend Türkel TV-yə istinadən xəbər verir ki, yüksək sürət və sürücü ehtiyyatsızlığı yenə də qəzasız ötüşməyib. Ötən gün saat 19:30 radələrində Tovuz rayonunun Qovlar şəhəri ilə İbrahim Hacılı kəndinə gedən yolda kimliyi məlum olmayan sürücü yolu keçən Cabbar Hüseynovu vurub. İdarəetməni itirən sürücü daha sonra zərərçəkmişə məxsus 78 baş qoyunu vuraraq hadisə yerindən qaçıb. Nəticədə 78 baş qoyundan 67-si yerindəcə tələf olub. Zərərçəkən yüngül xəsarət aldığından ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Cabbar Hüseynovun dediyinə görə, hadisəni iki maşın törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti