...

Avtomobilin yüksək sürətlə idarə edilməsi yenə ölümə səbəb oldu

Hadisə Materials 1 Noyabr 2013 12:15 (UTC +04:00)
Avtomobil yararsız hala düşüb. Hadisəyə avtomobilin yüksək sürətlə idarə edilməsinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Avtomobilin yüksək sürətlə idarə edilməsi yenə ölümə səbəb oldu

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Avtomobilin yüksək sürətlə idarə edilməsi yenə ölümə səbəb oldu.

Trend-in EL TV-yə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 252-ci kilometrliyində, Ağdaş rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Sumqayıt şəhər sakini, 40 yaşlı Əhliman Mustafayevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili Yevlax istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək yoldan çıxaraq aşıb. Magistral yoldan 10-15 metr kənara düşən avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Avtomobil yararsız hala düşüb. Hadisəyə avtomobilin yüksək sürətlə idarə edilməsinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti