...

Braziliyada altı milyon insan işıqsız qalıb

Hadisə Materials 5 Fevral 2014 10:16 (UTC +04:00)
Çərşənbə axşamı elektrik şəbəkələrində baş vermiş qəza bu ilin yayında futbol üzrə dünya çempionatını (DÇ) qəbul edəcək Braziliyanın 11 ştatında altı milyon insanı işıqsız qoyub.
Braziliyada altı milyon insan işıqsız qalıb

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Çərşənbə axşamı elektrik şəbəkələrində baş vermiş qəza bu ilin yayında futbol üzrə dünya çempionatını (DÇ) qəbul edəcək Braziliyanın 11 ştatında altı milyon insanı işıqsız qoyub. Trend-in məlumatına görə, bu barədə Rusiya mətbuatı Latın Amerikası KİV-nə istinadən xəbər yayıb.

Ölkənin elektrik sisteminin milli operatorunun məlumatına görə, qəzaya səbəb qısaqapanma olub. Təxminən bir saatdan sonra nasazlığı aradan qaldırmaq mümkün olub.

Elektrik cərəyanı kəsilmiş ərazilər arasında DÇ-nin oyunlarını qəbul edəcək altı ştat da olub: San-Paulu, Rio-de-Janeyro, Minas-Jerays, Parana, Riu-Qrandi-du-Sul və Matu-Qrossu.

Qeyd edək ki, çox az müddət əvvəl Braziliyanın energetika naziri Edison Loban ölkədə dünya çempionatının keçirildiyi vaxt elektrik enerjisi qıtlığının hiss edilməyəcəyini vəd etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti