...

Bakıda avtomobil qəzası: bir ailənin üç üzvü yaralandı, biri öldü

Hadisə Materials 17 Fevral 2014 11:34 (UTC +04:00)
Bakıda avtomobil divara çırpılıb, bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Bakıda avtomobil qəzası: bir ailənin üç üzvü yaralandı, biri öldü

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Bakıda avtomobil divara çırpılıb, bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-sı saat 21:00 radələrində, Sabunçu rayonu E.Mehdiyev küçəsində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Abbas Abdulla oğlu Mirzəliyevin idarə etdiyi "Nissan" markalı avtomobil divara çırpılıb.

Nəticədə A.Mirzəliyev, sərnişinləri qızı 2001-ci il təvəllüdlü Bəyim, oğlu 2002-ci il təvəllüdlü Nəcəf xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib, anası 1954-cü il təvəllüdlü Balaxanım hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti