...

Gəncədə 13 yaşlı oğlanı avtomobil vurub

Hadisə Materials 29 Aprel 2014 22:37 (UTC +04:00)
Gəncə şəhərində yolu keçmək istəyən 13 yaşlı oğlanı avtomobil vurub.
Gəncədə 13 yaşlı oğlanı avtomobil vurub

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Gəncə şəhərində yolu keçmək istəyən 13 yaşlı oğlanı avtomobil vurub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə şəhərin Məmməd Bürcəliyev küçəsində baş verib. Ömər Əliyev yolu keçmək istəyərkən 31 yaşlı Gəncə sakini Bəhruz Quliyev idarə etdiyi VAZ 2107 markalı avtomobillə onu vurub.

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ömər Əliyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti