...

Bakıda cəzaçəkmə müəssisəsinə gətirilən nabatın içindən tiryək çıxıb (FOTO)

Hadisə Materials 5 İyun 2014 16:54 (UTC +04:00)
Qaradağ rayonundakı 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda cəzaçəkmə müəssisəsinə gətirilən nabatın içindən tiryək çıxıb (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonundakı 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İntiqam Mirzəli oğlu Əsgərova vətəndaş Nurlan Əzizağa oğlu Həsənovun göndərdiyi sovqata baxış keçirilib. Baxış zamanı şəkər tozundan bişirilərək hazırlanmış nabatın içərisində 5 ədəd sellofana bükülmüş xalis çəkisi 3,332 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, İ.Əsgərov Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti