...

Bakıda qadını şantajla hədələyən şəxs tutulub

Hadisə Materials 8 Dekabr 2014 13:21 (UTC +04:00)
Bakıda 30 yaşlı qadını sosial şəbəkələrdə şantaj edəcəyi ilə hədələyən şəxs tutulub.
Bakıda qadını şantajla hədələyən şəxs tutulub

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 30 yaşlı qadını sosial şəbəkələrdə şantaj edəcəyi ilə hədələyən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini 1991-ci il təvəllüdlü Əliş Əlişov tutulub.

23 yaşlı Ə.Əlişov noyabrın 12-də Qala qəsəbə sakini, 1984-cü il təvəllüdlü Vüsalə Şahbazovanı sosial şəbəkələrdə şantaj edəcəyini iddia etməklə ondan 3 ədəd mobil telefon, 5000 manat və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti