Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin şərqində yerləşən Diyarbəkir vilayətində naməlum şəxslər polis məntəqəsinə hücum ediblər. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verib.
Silahlı hücum nəticəsində bir polis yaralanıb.
Hücumu törədənlərin Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları olduqları istisna edilmir.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq aparılır.
Son vaxtlar Türkiyədə PKK tərəfdarlarının fəallaşması müşahidə olunur.