...

Qəbələdə zəlzələ olub

Hadisə Materials 20 Fevral 2015 04:12 (UTC +04:00)
Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 11 km olub.
Qəbələdə zəlzələ olub

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycanda zəlzələ baş verib.

Trend AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, fevralın 20-si, yerli vaxtla 00:26-da Qəbələdən 21 km şimali-şərqdə, Qəbələ rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episenterə yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 11 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti