Azərbaycan, Bakı, 6 avqust /Trend/
Bakının "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında ağır yol qəzası baş verib. Nəticədə bir maşın yanıb. Bu barədə Trend məlumat verir.
Hadisə şahidlərinin sözlərinə görə, "VAZ" markalı maşın idarəni itirib, başqa maşınlarla toqquşduqdan sonra yanmağa başlayıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.