...

Erməni silahlıları Qazaxın kəndlərini güclü atəşə tutublar: ev yanıb (FOTO)

Hadisə Materials 3 Sentyabr 2015 16:52 (UTC +04:00)
Erməni silahlıları Qazax rayonunun kəndlərini atəşə tutdular.
Erməni silahlıları Qazaxın kəndlərini güclü atəşə tutublar: ev yanıb  (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Erməni silahlıları Qazax rayonunun kəndlərini atəşə tutdular.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, erməni silahlıları minaatan, qumbaraatan və iriçaplı pulemyotlardan da istifadə etməklə Qazaxın Kəmərli, Qaymaqlı Aşağı Əskipara və Məzəm kəndlərini güclü atəşə tutublar.

Yaşayış məntəqələrində işıq gələn hissələri hədəf seçən düşmən yandırıcı güllərdən atəş açaraq kənd sakini Nəsib Nəsibovun yaşayış evini və Hidayət Qurbanovun 500 bağ ot tayasını yandırıb. Bundan başqa, Məzəm kəndində bir avtomobil və xeyli sayda yaşayış evinə güllələr dəyib.

Kənd sakinləri bildirir ki, güclü atışma gecə düşən kimi başlayıb. Erməni silahlıları evləri atəşə tutub yandıraraq, daha sonra həmin əraziləri atəşə tutmaqla dinc sakinləri məhv etməyə çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti