...

Sağlamlıq Kompleksində oğurluqla məşğul olan qadın saxlanıldı

Hadisə Materials 17 Noyabr 2015 14:04 (UTC +04:00)
Bakının Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Sağlamlıq Kompleksində oğurluqla məşğul olan qadın saxlanıldı

Bakı. Elmir Murad - Trend:

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qarət hadisəsini Ağdam rayon sakini Sevgiladə Quliyeva törədib. Belə ki, o, Sağlamlıq Kompleksində işləyən Xanım Nəsirovanın və Alisa Cəfərovanın iş otaqlarından, habelə Gülnarə Axundovanın çantasından pul oğurlayıb.

S.Quliyeva Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti