...

Göygöldə ağır yol qəzası: 4 yaralı (FOTO)

Hadisə Materials 15 İyul 2016 15:15 (UTC +04:00)
Gəncə-Şəmkir yolunun Göygölün Quşqara kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Göygöldə ağır yol qəzası: 4 yaralı (FOTO)

Bakı. Trend:

Gəncə-Şəmkir yolunun Göygölün Quşqara kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki,“BMW” və “Opel Vectra” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində, ilkin məlumata görə, 4 nəfər xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hələlik sürücülərin və yaralıların kimliyi bəlli deyil. Qəza ilə əlaqədar yolda avtomobillərin hərəkətində çətinlik yaranıb. Əraziyə əlavə polis naryadı cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti