...

Narkotika alveri ilə məşğul olan dəstə zərərsizləşdirilib

Hadisə Materials 28 İyul 2016 13:01 (UTC +04:00)
Ağsu rayonunda narkotika alveri ilə məşğul olan dəstə yaxalanıb.
Narkotika alveri ilə məşğul olan dəstə zərərsizləşdirilib

Bakı. Trend:

Ağsu rayonunda narkotika alveri ilə məşğul olan dəstə yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ülgüc kənd sakini, əvvəllər məhkum olunmuş Təvəkkül Məmmədova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 64 ədəd çətənə kolu, 1 kiloqram 55 qram marixuana və 1 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

T.Məmmədovun tanışı, Ağsu şəhər sakini Cəmil Hidayətova məxsus ayaqqabı sexinə baxış zamanı isə 31,42 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti