...

Sabunçuda mətbəx alışdı, evi yandırdı

Hadisə Materials 11 Noyabr 2016 17:25 (UTC +04:00)
Bakıda gündüz saatlarında yanğın faktı qeydə alınıb.
Sabunçuda mətbəx alışdı, evi yandırdı

Bakı. Trend:

Bakıda gündüz saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxində məişət əşyaları və 15 m2 sahədə tavan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti