Bakı. Samir Əli - Trend:
Abşeron rayonunda yaşayış binasında yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" gənclər şəhərciyində qeydə alınıb.
Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Bununla əlaqədar bina sakinləri təxliyə olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.
Hazırda binanın elektrik naqilləri yoxlanılır.