...

Gömrükdə külli miqdarda rus rublu aşkar olundu (FOTO)

Hadisə Materials 13 Yanvar 2017 13:41 (UTC +04:00)
Gömrükdə külli miqdarda Rusiya rublu aşkar olunub.
Gömrükdə külli miqdarda rus rublu aşkar olundu (FOTO)

Bakı. Trend:

Gömrükdə külli miqdarda Rusiya rublu aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməyib, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti