...

Qaxda 6 otaqlı ev yanıb

Hadisə Materials 21 Mart 2017 02:02 (UTC +04:00)
Qaxda 6 otaqlı ev yanıb
Qaxda 6 otaqlı ev yanıb

Bakı. Trend:

Qax rayonu, Qum kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2sahədə və 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti