...

Ağstafada ″AzTelekom MMC″ tərəfində aparılan qazıntı zamanı mərmi aşkarlanıb

Hadisə Materials 30 İyul 2017 15:40 (UTC +04:00)
30 İyul 2017-ci il tarixində 09:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində ″AzTelekom MMC″ tərəfində aparılan qazıntı zamanı mərminin aşkar olması barədə məlumat daxil olub
Ağstafada ″AzTelekom MMC″ tərəfində aparılan qazıntı zamanı mərmi aşkarlanıb

Bakı. Trend:

30 İyul 2017-ci il tarixində 09:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində ″AzTelekom MMC″ tərəfində aparılan qazıntı zamanı mərminin aşkar olması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Bakı-Böyük Kəsik dəmiryol xəttinin həmin qəsəbədən keçən hissəsinin kənarında qazıntı işləri aparılan əraziyə baxış keçirilmiş, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd top mərmisin gilizi (boş) aşkar edilərək götürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti