Bakı. Trend:
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda "Land Rover" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.