...

FHN: Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib

Hadisə Materials 10 Noyabr 2017 15:44 (UTC +04:00)
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
FHN: Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti