...

Maştağada evdən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 30 Noyabr 2017 15:07 (UTC +04:00)
Maştağa qəsəbəsində evlərdən birindən 4800 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Maştağada evdən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib. Evə isə A.Həsənov daxil olub və onlar sonradan görüşərək oğurlanan pulu aralarında bölüblər.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti