...

Türkiyəyə elə qar yağdı, dərslər təxirə salındı

Hadisə Materials 8 Dekabr 2017 09:24 (UTC +04:00)
Türkiyənin Şimal Şərq əyalətlərindən olan Artvində güclü şaxta və qar səbəbi ilə dərslər təxirə salınıb.
Türkiyəyə elə qar yağdı, dərslər təxirə salındı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Şimal Şərq əyalətlərindən olan Artvində güclü şaxta və qar səbəbi ilə dərslər təxirə salınıb.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, əlayətə yağan güclü qar nəticəsində şəhər mərkəzi ilə bəzi kəndlərin avtomobil əlaqəsi tamamilə kəsilib.

Qeyd edək ki, bundan əvvəl Qars əyalətində 13 dərəcə, Ardahanda 12, Ərzurumda 7 dərəcə şaxta qeydə alınmışdı.

Adı çəkilən əyalətlərdə əlverişsiz hava şəraiti səbəbindən bəzi kəndlərin şəhər mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti