...

Qərargah: Alpinistlərin axtarışına "Mi-17" helikopteri və peşəkar alpinistlər cəlb edilib (FOTO)

Hadisə Materials 28 Dekabr 2017 17:28 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlərin axtarışı ilə bağlı növbəti məlumatını yayıb.
Qərargah: Alpinistlərin axtarışına "Mi-17" helikopteri və peşəkar alpinistlər cəlb edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumatı yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda deyilir ki, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti