...

Bakıda yeddi, Qazaxda beş otaqlı ev yanıb

Hadisə Materials 1 Yanvar 2018 10:50 (UTC +04:00)
Paytaxt Bakıda və Qazax rayonunda yanğın hadisələri baş verib.
Bakıda yeddi, Qazaxda beş otaqlı ev yanıb

Bakı. Trend:

Paytaxt Bakıda və Qazax rayonunda yanğın hadisələri baş verib.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli, 7 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qazax rayonu, Çaylı kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti