...

Oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Hadisə Materials 7 Fevral 2018 12:39 (UTC +04:00)
Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Bakı. Trend:

Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 4-dək olan müddətdə şəhər sakini olan 6 nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə “VAZ-21041” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov saxlanılıb.

Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayından cari il yanvarın 21-dək olan müddətdə rayon ərazisində 5 evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə 3 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanılıb.

Ötən ilin dekabrından cari il fevralın 1-dək olan müddətdə 5 mağazadan pul, noutbuk, tütün məmulatı, spirtli içki, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Muraz Əzizov və Rövşən Nağıyev isə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti