...

Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Hadisə Materials 20 Avqust 2018 16:03 (UTC +04:00)
Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.
Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Bakı. Elçin Mehdiyev - Trend:

Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

Trend-in məlumatına görə, Ağdaş rayon Hüşün kənd sakini 2001-ci il təvəllüdlü Məmmədov İspəndiyar Vüqar oğlu avqustun 19-da saat 21:00 radələrində kəndin ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb sallanmış naqilinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti