...

Qubada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Hadisə Materials 23 Noyabr 2018 18:45 (UTC +04:00)
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Qubada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Ülvi Fərzəliyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən Ülvi Fərzəliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Ü.Fərzəliyev istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti