Bakı. Trend:
Son iki gündə 4 nəfər yol qəzalarının qurbanı olub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 20-də Azərbaycanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Martın 21-də 1 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.