...

Abşeronda faciə - 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

Hadisə Materials 11 Mart 2020 10:13 (UTC +04:00)
Abşeron rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
Abşeronda faciə - 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində baş verib.

2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6 mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti