...

Sumqayıtda quyudan meyit tapılıb

Hadisə Materials 15 Mart 2021 17:09 (UTC +04:00)
Sumqayıtda quyudan meyit tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində quyuda aşkarlanmış naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti