...

Ötən gün "COVİD - 19" pasportu olmayan 63 nəfər toya buraxılmayıb

Hadisə Materials 19 Avqust 2021 10:31 (UTC +04:00)
Ötən gün "COVİD - 19" pasportu olmayan 63 nəfər toya buraxılmayıb

Bakı. Samir Əli - Trend:

Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

- 63 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti