...

Kuril adaları yaxınlığında zəlzələ qeydə alınıb

Hadisə Materials 5 Sentyabr 2021 05:19 (UTC +04:00)
Kuril adaları yaxınlığında  zəlzələ qeydə alınıb

Bakı. Trend:

Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3,6 bal gücündə zəlzələ qeydə alıblar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

"Zəlzələnin episentri Kiçik Kuril adalar qrupunun yaxınlığında, ocağı isə 49 kilometr dərinlikdə yerləşib", - filialın məlumatında deyilir.

Sunami təhlükəsi elan edilməyib, yeraltı təkanlar ən yaxınlığda yaşayan sakinlər tərəfindən hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti