...

Blogerin Bakıda keçirdiyi görüşdə səhnəni kəmərlə vuran şəxs həbs olunub

Hadisə Materials 18 Aprel 2022 11:17 (UTC +04:00)
Blogerin Bakıda keçirdiyi görüşdə səhnəni kəmərlə vuran şəxs həbs olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bloger Hüseyn Həsənovun Bakıda keçirdiyi görüşdə səhnəyə kəmərlə vuran şəxs həbs olunub.

Pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti