...

Bakıda müştəri çay evində qarət edildi

Hadisə Materials 17 May 2022 10:33 (UTC +04:00)
Bakıda müştəri çay evində qarət edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda müştəri çay evində qarət edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manat pulunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Hüseyn Teymurov müəyyən edilərək saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti