...

Kəlbəcər hərbi prokurorluğu mina partlayışı barədə məlumat yaydı

Hadisə Materials 26 İyul 2022 20:10 (UTC +04:00)
Kəlbəcər hərbi prokurorluğu mina partlayışı barədə məlumat yaydı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər hərbi prokurorluğu mina partlayışı barədə məlumat yayıb.

Prokurorluqdan Trend-ə daxil olan məlumatda bildirilir ki, iyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub.

"Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti