...

Azərbaycan Ordusunda qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb

Hadisə Materials 16 May 2023 16:06 (UTC +04:00)
Azərbaycan Ordusunda qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunda qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi açılıb.

Bu barədə Trend-ə Respublika hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, Hərbi Prokurorluğun Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən bəzi qəbildən olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

"Misal üçün, 2022-ci ilin dörd ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz, hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9 faiz və qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti