...

Bakının Xətai rayonu ərazisindəki mənzillərdən birində partlayış baş verib

Hadisə Materials 8 İyun 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Cümə günü səhər saatlarında Bakının Xətai rayonu ərazisindəki mənzillərdən birində partlayış baş verib. Daxili İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, Əhmədli yolu küçəsində yaşayan Ruqiyyə Hüseynovaya məxsus 2 mərtəbəli 6 otaqlı evdə baş vermiş partlayışa qaz sızması səbəb olub. Yaranmış yanğın nəticəsində 2 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Ev sahibəsi Hüseynova, oğlu Tahir və qonağı Turan yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti