...

"Yahoo!"nun sabiq prezidenti "milyarderlər çimərliyi"ndəki villası ilə vidalaşır

Maraqlı Materials 6 İyun 2012 15:44 (UTC +04:00)
"Yahoo!" şirkətinin keçmiş prezidenti Terri Semel və onun arvadı Ceyn Malibu sahillərində yerləşən villanı 50 milyon dollara hərraca çıxarıblar.
"Yahoo!"nun sabiq prezidenti "milyarderlər çimərliyi"ndəki villası ilə vidalaşır

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir X.Murtuzayeva/

"Yahoo!" şirkətinin keçmiş prezidenti Terri Semel və onun arvadı Ceyn Malibu sahillərində yerləşən villanı 50 milyon dollara hərraca çıxarıblar. Bu barədə Trend "The Los Angeles Times" qəzetinə istinadən məlumat verir.

Villa Karbon çimərliyi rayonunda yerləşir. Bura daha çox müvəffəqiyyət qazanmış amerikalıların sevimli istirahət yeri olan "milyarderlər çimərliyi" adı ilə məşhurdur.

Rotonda görünüşündə girişlə əsas bina, mis damı olan baxış pavilyonu, həmçinin ikimərtəbəli qonaq evciyi 0,3 hektar ərazidə yerləşir.

9 yataq və 13 vanna otağının olduğu binanın ümumi sahəsi 960 kvadratmetrdir.

Terri Semel "Yahoo!" şirkətinin prezidenti olanadək 24 il ərzində "Warner Bros"da çalışıb. 2007-ci ildə Semel "Yahoo!" şirkətinin prezidenti postunu tərk etməyə məcbur olub. Bunun əsas səbəbi şirkətin səhmdarlarının Semelin gəlirlərindən narazı olmaları idi. Belə ki, o, şirkətdə çalışdığı müddətdə 500 milyon dollardan artıq pul qazanmışdı.

"Yahoo!" ABŞ şirkətidir və dünyada populyarlığına görə ikinci axtarış şirkətidir. Şirkətin əsası 1994-cü ilin yanvarında Stenford Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq tərəfindən qoyulub.

Xəbər lenti

Xəbər lenti