...

Dəfnində dirilib su istədi, təkrar öldü

Maraqlı Materials 8 İyun 2012 11:08 (UTC +04:00)
Braziliyada ağlasığmaz hadisə baş verib. Belə ki, öldüyü zənn edilən uşaq öz yas mərasimində tabutda dirilərək atasından su istəyib. Ancaq az sonra yenidən gözlərini yumaraq ölüb.
Dəfnində dirilib su istədi, təkrar öldü

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Braziliyada ağlasığmaz hadisə baş verib. Belə ki, öldüyü zənn edilən uşaq öz yas mərasimində tabutda dirilərək atasından su istəyib. Ancaq az sonra yenidən gözlərini yumaraq ölüb. Bu dəfə həqiqətən...

Həkimlər Kelvin Santos adlı iki yaşlı uşağın pnevmoniyadan ölməsi barədə diaqnoz qoyublar. Uşaq ailəsinə verildikdən sonra qohumları tərəfindən ona yas mərasimi təşkil edilib. Lakin dəfndən bir saat əvvəl tabutda durub əyləşən Santos "atacan, mənə su verərsənmi?" deyib. Santosun dirildiyini görən yaxınları qışqırmağa başlayıblar. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən məlumat verir.

Baş verən hadisənin bir möcüzə olduğunu düşünən ailə Santosun yenidən tabuta uzanaraq gözlərini yummasından şoka düşüb. Bu dəfə həqiqətən ölən uşaq xəstəxanaya çatdırılsa da, onu həyata qaytarmaq mümkün olmayıb. Artıq həkimlərə etibar etməyən ailə bir neçə saatdan sonra Santosu dəfn etməyə qərar verib. Ancaq ailə uşağın ölümünə dair diaqnoz qoyan xəstəxanadan şikayət edib. Araşdırma zamanı Santosun nəyə görə dirilib təkrar ölməsi məlum olacaq.

Xəbər lenti

Xəbər lenti