...

"Apple" 3 günə 10 milyondan çox yeni "iPhone" satdı

Maraqlı Materials 22 Sentyabr 2014 19:10 (UTC +04:00)
"Apple" sentyabrın 19-dan 10 milyondan çox 4,7 düymlü ekrana malik yeni nəsil "iPhone 6" və 5,5 düymlü ekrana malik "iPhone 6 Plus" satıb.
"Apple" 3 günə 10 milyondan çox yeni "iPhone" satdı

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Apple" sentyabrın 19-dan 10 milyondan çox 4,7 düymlü ekrana malik yeni nəsil "iPhone 6" və 5,5 düymlü ekrana malik "iPhone 6 Plus" satıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, satış həcmi şirkətin proqnozlarını üstələyib.

Ötən il isə ilk 3 satış günündə 9 milyon milyon ədəd "iPhone 5s" və 5с satılmışdı.

Yeni nəsil "iPhone"lar əvvəlcə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Honq Konq, Sinqapur və Yaponiyada satışa çıxarılıb.

Ən ucuz "iPhone 6" Yaponiyada 636 dollara, ən bahalısı isə Fransada 919 dollara satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti