...

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri ailəsinə göndərdiyi məktubda səhhətinin normal olduğunu yazıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş əsgəri ailəsinə ünvanladığı məktubunda səhhətinin normal olduğunu bildirib.

Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu Ermənistan hərbçiləri tərəfindən oktyabrın 8-də qoşunların təmas xəttində əsir götürülüb.

Əsir əsgərin atası Rəhman Həsənov cümə günü Trend -a bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları oğlunun məktubunu onlara çatdırıb. Oğlu "Mən yaxşıyam, narahat olmayın, hər şey yaxşıdır" məzmunlu məktub yazıb.

Atanın sözlərinə görə, oğlu yazmağı bacarmadığından onun əvəzinə məktubu BQXK-nın əməkdaşı yazıb. Həsənov hansı şəraitdə əsir düşdüyü barədə heç bir məlumat yazmayıb.

Ailəsi Həsənova məktub yazıb və ona çatdırılması üçün BQXK-ya təqdim edib.

BQXK-dən bidirilib ki, Ermənistandakı nümayəndəliyin əməkdaşları tərəfindən əsirə iki dəfə baş çəkilib. Onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu bildirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə əsirin geri qaytarılması istiqamətində tədbirlər görüldüyü bildirilib.

Müəlliflə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti