...

Azərbaycanın Tovuz rayonunun itkin düşən sakini ola bilsin ki, Ermənistan tərəfindən girov götürülüb – Dövlət Komissiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2009 14:21 (UTC +04:00)
Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində Azərbaycanın Tovuz rayonunun itkin düşən sakini ola bilsin ki, ermənilərə girov düşüb. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend News-a bildirib.
Azərbaycanın Tovuz rayonunun itkin düşən sakini ola bilsin ki, Ermənistan tərəfindən girov  götürülüb – Dövlət Komissiyası

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində Azərbaycanın Tovuz rayonunun itkin düşən sakini ola bilsin ki, ermənilərə girov düşüb. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend -a bildirib.

"Bizdə olan qeyri-rəsmi məlumata görə, Tovuz rayonunun Əlibəyli kənd sakini Tağıyev Eldar Heydər oğlu girov götürülüb. Hazırda bu məsələ araşdırılır", - Sayılov deyib.

Onun sözlərinə görə, fakt Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyindən təsdiq olunarsa, Dövlət Komissiyası məsələ ilə bağlı rəsmi məlumat verəcək.

Hərbi mənbədən Trend -a deyildiyi kimi, Əlibəyli kəndinin sakinləri rayon ərazisində yerləşən hərbi hissəyə müraciət edərək 1964-cü il təvəllüdlü Tağıyevin itməsi barədə məlumat veriblər. Təxminən eyni vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycan vətəndaşını güllələyib. Ehtimal olunur ki, həlak olan Tağıyevdir. Bu fakt araşdırılır.

Azərbaycanın Müdafiə Nazirliyi hələ bu faktı təsdiqləməyib

Xəbər lenti

Xəbər lenti