...

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində silsilə tədbirlər keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2010 16:14 (UTC +04:00)
Tədbirlərdə həmin ölkələrdəki Azərbaycan icmasının nümayəndələri, bu ölkələrdə akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaşlar iştirak ediblər.
"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində silsilə tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Zərbalıyeva/

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın bu ölkələrdəki səfirlikləri ilə birgə silsilə tədbirlər keçirib.

Komissiyadan çərşənbə günü Trend -a verilən məlumata görə, tədbirlərdə həmin ölkələrdəki Azərbaycan icmasının nümayəndələri, bu ölkələrdə akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaşlar iştirak ediblər.

Azərbaycanın həmin ölkələrdəki səfirləri ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməllləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edərək Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi zərər və mədəniyyət abidələrinin dağıdılması, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib, ölkəmizin hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq materialları əsasında Xocalı faciəsini törədən konkret şəxslər və onların cinayət əməlləri, öldürülmüş, işgəncələrə məruz qalmış, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları barədə faktları təqdim edib.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər faktoloji materiallar təqdim olunub.

Tədbirlər həmin ölkələrin KİV-lərində işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti