...

Hazırkı mərhələdə Minsk qrupu Madrid prinsipləri ilə bağlı erməni tərəfinin razılığını almağa nail olmalıdır – Azərbaycan XİN rəsmisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2010 14:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 11-12-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşməyi planlaşdırmır. Bu barədə Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
Hazırkı mərhələdə Minsk qrupu Madrid prinsipləri ilə bağlı erməni tərəfinin razılığını almağa nail olmalıdır – Azərbaycan XİN rəsmisi

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 11-12-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşməyi planlaşdırmır. Bu barədə Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

"İndiki mərhələdə Minsk qrupunun həmsədrləri erməni tərəfi ilə daha çox işləməlidirlər. Çünki rəsmi Bakıdan fərqli olaraq, Yerevan hələ də yenilənmiş Madrid prinsiplərinə öz münasibətini bildirməyib", - Poluxov deyib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BrüsselATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək. Bu barədə cümə günü XİN-in mətbuat xidmətindən "Novosti-Armeniya" agentliyinə bildiriblər.

Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyanın yanvarda Soçidə keçirilən görüşündə MQ tərəflərə danışıqların əsası olan Madrid sənədinin yenilənmiş variantını təqdim edib.

Madrid prinsiplərini qəbul edən rəsmi Bakı hələ Minsk qrupunun həmsədrlərindən Yerevanın vasitəçilər tərəfindən təqdim olunan yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqeyinə dair informasiya almayıb.

Poluxovun sözlərinə görə, Dağlıq Qarabağ üzrə danışıqlar prosesində növbəti addım münaqişənin nizamlanması üzrə hər şeyi əhatə edən razılaşmanın əldə olunmasına çıxış olmalıdır.

"Ona görə də erməni tərəfi yenilənmiş Madrid prinsiplərinə münasibət ifadə etməlidir", - Poluxov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti