...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət hiss edir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2011 17:50 (UTC +04:00)
Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya daha çox fəallıq göstərir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu fikirdədir.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət hiss edir - səfir

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya daha çox fəallıq göstərir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu fikirdədir.

"ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən yalnız Rusiya Prezidenti bu məsələ ilə şəxsən məşğul olur", - Trend-in məlumatına görə, Doroxin çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, ATƏT-in Minsk qrupunun digər ölkələri - ABŞ və Fransanın razılığı və dəstəyi ilə baş verir.

Səfirin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət hiss edir və bu məsuliyyəti gələcəkdə də konkret işlərdə həyata keçirəcək.

"Bizim şansımız var, münaqişənin iki tərəfi ilə olan xüsusi münasibətlərdən irəli gələn xüsusi potensialımız var və biz bu şansdan istifadəni özümüzün mənəvi və tarixi vəzifəmiz hesab edirik", - Doroxin qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti