...

Rusiya Bakı və Yerevanı əlaqələr nəticəsində hazırlanmış təkliflərdən faydalanmağa çağırır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 13:06 (UTC +04:00)
ATƏT MQ-nin həmsədri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini son vaxtlar münaqişə tərəfləri ilə Rusiya Prezidenti Dmitri Medvedevin əlaqələri nəticəsində hazırlanmış təkliflərdən faydalanmağa çağırır.
Rusiya Bakı və Yerevanı əlaqələr nəticəsində hazırlanmış təkliflərdən faydalanmağa çağırır - XİN

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT MQ-nin həmsədri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini son vaxtlar münaqişə tərəfləri ilə Rusiya Prezidenti Dmitri Medvedevin əlaqələri nəticəsində hazırlanmış təkliflərdən faydalanmağa çağırır. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov Vilnüsdə keçirilən ATƏT XİNŞ-də bildirib.

"Həmin təkliflər bu ilin mayında Dovildə keçirilən ATƏT MQ həmsədr ölkələri prezidentlərinin birgə bəyanatında da dəstəklənib", - Lavrov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti