...

Cəbhə bölgəsində gecə atışmaları davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2013 09:38 (UTC +04:00)
Ermənilər mövqelərimizi atəşə tutublar.
Cəbhə bölgəsində gecə atışmaları davam edir

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Ermənilər mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti