...

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2013 09:58 (UTC +04:00)
Dünən və bu gecə mövqelərimiz erməni silahlı bölmələri tərəfindən atəşə məruz qalıb.
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Dünən və bu gecə mövqelərimiz erməni silahlı bölmələri tərəfindən atəşə məruz qalıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şirvanlı və Yusifcanlı, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti