...

Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişlər müşahidə olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2013 12:03 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişlər müşahidə olunur.
Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişlər müşahidə olunur

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbirlər E.Tanriverdiyeva, S.Əhmədova/

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişlər müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında bildirib.

ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşləri barədə danışan Morninqstar qeyd edib ki, dövlət katibi danışıqlarda aktiv şəkildə iştirak edir və onu ölü nöqtədən tərpətməyə cəhd edir.

Səfir bildirib ki, Con Kerri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə fərdi görüşlər keçirib. O, münaqişənin həllinin axtarışı prosesində çox maraqlıdır: "Lakin bu məsələ tamamilə münaqişə tərəflərindən asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti